Mart 22, 2021 20:34 Asia/Baku
  • İran beynəlxalq atıcılıq yarışlarında ikinci olub

İranın qadın və kişilərdən ibarət miks komandası Yeni Dehlidə keçirilən tüfəng və tapança atıcılığı üzrə 2021-ci il dünya çempionatında gümüş medal qazanıb.

SəhərAzəri xəbər verir ki,  yarışların finalında pnevmatik tüfənglə on metrlik məsafəyə atış bölməsində İranın miks komandası on altı-on üç hesabı ilə Hindistan komandasına məğlub olaraq, tüfəng və tapança atıcılığı üzrə 2021-ci il dünya çempionatının gümüş medalını qazanıb.

Pnevmatik tapança ilə on metrlik məsafəyə atış bölməsində isə kişi və qadınların miks yarışlarının ikinci etapının bitməsindən sonra İran İslam Respublikası və Hindistan müvafiq olaraq, birinci və ikinci olaraq, finala vəsiqə qazanmışdılar.

Sıralama yarışlarında da Hindistanın ikinci komandası Türkiyə yığmasını məğlub edərək, bürünc medal qazanıbdır.

Bu gün səhər saat ondan keçirilən yarışların ilk mərhələsində müxtəlif dünya ölkələrindən olan doqquz komanda iştirak edib.

Bu mərhələdə İran İslam Respublikası, Hindistan, ABŞ, Latviya, Ekvador, Polşa, Türkiyə və Banqladeşdən olan pnevmatik tapança ilə on metrlik məsafəyə atış bölməsində kişi və qadınların miks komandaları iştirak ediblər.

Cəvad Foruği və xanım Qolnuş Sebqətollahi İranın qadın və kişilərdən ibarət miks komandasını təşkil edirlər.

Teqlər