Sevilya 15 milyon avro ilə Sərdarı istəyir
İspaniyanın Sevilya futbol klubu maraqlı maliyyə təklifi ilə Sərdar Azmounu Rusiyanın Zenit komandasından satın almağa hazırdır.
SəhərAzəri xəbər verir ki, bir Rusiya saytı öz xüsusi reportajında yazıb: İspaniyanın Sevilya komandası Sərdar Azmounun Laliqa-ya köçürülməsi üçün Sankt-Peterburqun Zenit komandasına on beş milyon avro ödəməyə hazırdır.
Bu ispan klub Sərdar Azmounun diqqətini çəkmək üçün hətta təqdim olunan təklifdə özəl mükafat haqda maliyyə bəndləri yerləşdiribdir.
Əgər xas bir hadisə baş verməzsə, bu iranlı hücumçu 2021-ci ilin yay yerdəyişmələrində Sevilya-nın əsas hədəflərindəndir.
Sərdar Azmoun Rusiya Premyer Liqasında heyrətləndirici oyun nümayiş etdirmək və ötən mövsümdə ən yaxşı bombardir adını qazanmaqla çox sayda müştəri əldə edibdir.