Apr 02, 2021 11:41 Asia/Baku
  • PSJ Mbappeni 120-150 milyon avroya satmağa hazırdır

Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu hücumçusu Kilian Mbappe ilə müqavilənin uzadılması haqqında razılaşa bilmir.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə “Le Parisien” bildirib.

Mənbənin verdiyi məlumata görə, klub Mbappenin karyerasını AVRO-2020-dən sonra davam etdirmək qərarını vermək istəyi ilə kifayətlənmir.

Qeyd edilir ki, PSJ riskə getməyəcək və müqavilənin bitməsindən sonra futbolçunu pulsuz verməmək üçün yayın sonlarından gec olmayaraq qərar qəbul edəcək. Klub hücumçunu 120-150 milyon avroya satmağa hazırdır. “Parislilər” əvvəllər futbolçuya görə 200 milyon avroya qədər alacaqlarını gözləyirdilər.

Bundan əvvəl Mbappe bildirib ki, Fransada özünə qarşı artan diqqətdən narazıdır.

Mbappe Fransa Birinci Liqasının cari mövsümündə 25 matç keçirib və 20 qol vurub. PSJ 30 turdan sonra 63 xalla “Lill”ə birinci və ikinci yerləri bölüşür.

Daha əvvəl isə məlum olub ki, Mbappe Birinci Liqada rekorda imza atıb.

Teqlər