“Çelsi”nin seriyası qırılıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375303-Çelsi_nin_seriyası_qırılıb
İngiltərənin “Çelsi” klubunun quru seriyası qırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2021 10:43 Asia/Baku
  • “Çelsi”nin seriyası qırılıb

İngiltərənin “Çelsi” klubunun quru seriyası qırılıb.

SəhərAzəri xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bütün turnirlərdə keçirdiyi son 7 matçda qapısını toxunulmaz saxlayan London təmsilçisi Premyer Liqanın “Vest Bromviç”lə görüşündə məyus olub.

2:5 hesabı ilə uduzan “zadəganlar” həm də indiki baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında ilk dəfə 1-dən artıq qol buraxıb.Eyni zamanda, alman mütəxəssis ilk dəfə ev görüşündə qol buraxılmasına şahid olub.

Qeyd edək ki, 7 oyunluq quru seriya klub tarixinin 2005-ci ildə rəsmiləşən rekordunun təkrarıdır. Bu rekordu ötən ay təkrarlayan “Çelsi” nəticəni yaxşılaşdıra bilməyib.