İran Bolqarıstan güləş yarışlarında bir qızıl və bir gümüş medal alıb
Bolqarıstanda keçirilən beynəlxalq güləş yarışlarının davamında sərbəst güləşçi Cəmal Ebadi qızıl medal alıb, yunan-roma güləşçisi Məhdi Fəllah isə gümüş medalla təltif olunub.
SəhərAzəri xəbər verir kia. Sərbəst güləş üzrə yetmiş dörd kiloqram çəki dərəcəsində yarışan Cəmal Ebadi finala vəsiqə qazanıb. O, finalda Qazaxıstan güləşçisi Nurlan Bekcanovu yeddi-üç hesabı ilə məğlub edərək, qızıl medal alıb.
Yunan-roma güləşində isə səksən yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan Məhdi Fəllah final görüşündə Serbiyanı təmsil edən gürcü mənşəli güləşçi, Avropa çempionu Zurabi Datvenaşviliyə bir-üç hesabı ilə uduzaraq, gümüş medal sahibi olub.
Aprelin səkkizindən Bolqarıstanın Plovdiv şəhərində başlanan Danklov və Nikolay Petrov adına kubok uğrunda beynəlxalq güləş yarışları hazırda davam edir.