İranın Persepolis komandası BƏƏ-nin Əl-Vəhdə komandasını məğlub edib
İranın Persepolis futbol komandası bu gün Asiya Çempionlar Liqası çərçivəsində keçirilən ilk görüşündə BƏƏ-nin Əl-Vəhdə komandası ilə qarşılaşıb və bir-sıfır hesabı ilə onu məğlub edib.
SəhərAzəri xəbər verir ki, İranın Persepolis və BƏƏ-nin Əl-Vəhdə komandaları arasında birinci görüş Hindistanda Tehran vaxtı ilə saat on doqquzda başlayıb.
Bu matçda İran oyunçuları qırmızı və əmirliklilər sürməyi forma geyiniblər.
Persepolisin qolunu Seyid Cəlal Hüseyni birinci hissədə vurub.
İranın Presepolis komandasının oyunçuları elə bir halda Əl-Vəhdə komandası ilə qarşılaşıblar ki, ikinci dəfə koronavirus üçün götürülən analiz nümunələri mənfi çıxıb.
Hindistanın ev sahibliyi keçirilən iki min iyirmi bir Asiya Çempionlar Liqasında İranın Persepolis futbol komandası, Hindistanın Goa, Qətərin Ər-Rayan və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəhdə komandası ilə birlikdə E Qrupunda yer alıb.