Boris Conson Avropa Super Liqasının yaradılmasının əleyhinədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i375998-boris_conson_avropa_super_liqasının_yaradılmasının_əleyhinədir
Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Super Liqasının yaranmasına etiraz edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2021 08:11 Asia/Baku
  • Boris Conson Avropa Super Liqasının yaradılmasının əleyhinədir

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Super Liqasının yaranmasına etiraz edir.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Baş nazir bu barədə "tvitter"hesabında paylaşım edib.

O bu addımın futbolu məhvə aparacağını bildirib.

“Bu qərar futbol azarkeşlərinin narahatlığına səbəb olacaq. Klublar bu addıma görə azarkeşlərə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir”, - o əlavə edib.

Xatırladaq ki, İngiltərə, İspaniya və İtaliyanın 12 futbol klubu Avropa Super Liqası adlı yeni bir turnir təşkil etməyi qəbul etdikləri açıqlayıb.