Üç iranlı Asiya futbol həftəsinin ən yaxşı legionerliyinə namizəd olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376181-Üç_iranlı_asiya_futbol_həftəsinin_ən_yaxşı_legionerliyinə_namizəd_olub
İranın yığma futbol komandasının üç üzvünün adı Asiya qitəsi üzrə futbol həftəsinin ən yaxşı legioner seçimləri arasında yer alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2021 08:51 Asia/Baku
  • Üç iranlı Asiya futbol həftəsinin ən yaxşı legionerliyinə namizəd olub

İranın yığma futbol komandasının üç üzvünün adı Asiya qitəsi üzrə futbol həftəsinin ən yaxşı legioner seçimləri arasında yer alıb.

SəhərAzəri xəbər verir ki, Məhdi Taremi, Səid Ezzətollahi və Əli Qolizadeh ötən həftə yaxşı oyun nümayiş etdirərək, Asiya qitəsi üzrə futbol həftəsinin ən yaxşı legioner seçimləri arasında yer alıblar.

Asiya Futbol Konfederasiyasının saytı keçən həftələrdə olduğu kimi öz istifadəçilərindən Asiya qitəsi üzrə ötən həftənin ən yaxşı legionerinə səs vermələrini istəyibdir ki, Məhdi Taremi, Səid Ezzətollahi və Əli Qolizadehin adları seçimlər arasında görünür.

İranın yığma futbol komandasının üzvləri- Məhdi Taremi Portuqaliyanın «Porto», Səid Ezzətollahi Danimarkanın «Vayle Boldklub», Əli Qolizadeh isə Belçikanın «Şarlerua» klublarında oynayırlar.