Apr 28, 2021 16:42 Asia/Baku
  • İmam Həsən Müctəbanın (ə) mövludu münasibəti ilə Gergiyan ayinləri keçirilib

Bu gün əhli-beytin kərimi İmam Həsən Müctəbanın (ə) mübarək mövludu günüdür. Bu münasibətlə İranın Xuzistan vilayətində xüsusi bir mərasim keçirilir.

SəhərAzəri  xəbər verir ki,Ramazan ayının 15-nə keçən gecə İmam Həsən Müctəbanın (ə.s) mövludu münasibəti ilə məğrib və işa namazından sonra Gergian mərasimi keçirilir.Uşaqlar yerli paltar geyinirlər, əllərinə xırda daşlar götürürlər və qonşuların evlərinə doğru hərəkət edərkən, daşları bir-birlərinə vuraraq, şeir oxuyurlar və ev sahibindən şirniyyat və hədiyyələr gözləyirlər".

Xüzistanın ərəb sakinlərindən əlavə Hörmüzqan və Buşehr kimi İranın digər vilayətlərində, həmçinin bəzi İslam və ərəb ölkələrində də Gergiyan mərasimi keçirilir.

M.Q: Uşaqlar tanışların və qonşuların qapısına gedirlər və şirniyyat tələb edirlər, böyüklərdə şirniyyatla onlara qulluq edirlər.

Bu mərasimin tarixi kökləri var və əziz Peyğəmbərin ilk nəvəsi İmam Həsənin (ə.s) mövludu münasibəti ilə peyğəmbərini (s.ə.s) təbrik etmək məqsədilə "Qürrətül-Eyn" yəni "gözünün işığı" deyərək, o, həzrətin qapısına gediblər.

Uşaq: Biz şiə uşaqları bu hərəkətlə peyğımbərin əhli-beytinə olan eşq və məhəbətimizin heç zaman ürəyimizdən silinməyəcəyini sübut edirik.

Lakin bu il koronavirus pandemiyası səbəbindən bu mərasim virtua formatda keçirildi.

M.M: Bu il insanların sağlamlığını qorumaq üçün bu mərasimi onlayn formatda keçirməyə çalışdıq.

Bu mərasimdə uşaqlardan bir qrupunun şeir oxumaq, musiqi səsləndirmək və təvaşih oxumaq kimi planları vardır.

Gergian İranın ərəb xalqının mənəvi mirası olaraq, milli qeydiyyatdan keçib. Gergian əhli-beytə (ə) eşq və dostluğun nişanəsi olan bir ənənədir.

Teqlər