İranlı hakim karate üzrə dünya çempionatının hakimlər heyətinin üzvü seçilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376491-İranlı_hakim_karate_üzrə_dünya_çempionatının_hakimlər_heyətinin_üzvü_seçilib
İranlı qadın hakim karate üzrə dünya çempionatının hakimlər heyətinin üzvü seçilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 30, 2021 08:25 Asia/Baku
  • İranlı hakim karate üzrə dünya çempionatının hakimlər heyətinin üzvü seçilib

İranlı qadın hakim karate üzrə dünya çempionatının hakimlər heyətinin üzvü seçilib.

SəhərAzəri xəbər verir ki, Karate üzrə dünya çempionatı bu gündən etibarən, Portuqaliyanın Lissabon şəhərində başlanır.

İranlı qadın hakim Elmira Gözəlzadə hakimlər şurası tərəfindən hakimlər heyətinin üzvü və bu yarışların «tatami» üzrə direktoru seçilib.

Karatenin «komite» növü üzrə ən yüksək hakimilik dərəcəsinə malik olan Gözəlzadə «kata» növü üzrə də birinci dərəcəli hakimdir.

87 ölkədən 740 karateçinin iştirakı ilə keçirilən karate üzrə dünya çempionatı olimpiya üzrə sonuncu seçmə mərhələsi sayılır.