2021 Asiya Çempionlar Liqası; İranın Esteqlal komandası play-off mərhələsinə yüksəlib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376536-2021_asiya_Çempionlar_liqası_İranın_esteqlal_komandası_play_off_mərhələsinə_yüksəlib
İranın Esteqlal Komandası İraqın Əl-Şortə komandası qarşısındakı həlledici görüşdə 1-0 hesablı qələbə ilə Asiya Çempionlar Liqasının Play-Off mərhələsinə vəsiqə qazanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 01, 2021 09:23 Asia/Baku
  • 2021 Asiya Çempionlar Liqası; İranın Esteqlal komandası play-off mərhələsinə yüksəlib

İranın Esteqlal Komandası İraqın Əl-Şortə komandası qarşısındakı həlledici görüşdə 1-0 hesablı qələbə ilə Asiya Çempionlar Liqasının Play-Off mərhələsinə vəsiqə qazanıb.

SəhərAzəri xəbər verir ki, İranın Esteqlal komandası cümə axşamı günü Asiya Çempionlar Liqasının qrup mərhələsinin altıncı və son həftəsində İraqın Əl-Şortə komandası ilə qarşılaşıb və 1-0 hesablı qələbə qazanıb.

Esteqlal bu qələbə ilə Qətərin Əl-Duhail və Ərəbistanın Əl-Əhli komandalarının görüşünün nəticəsindən asılı olmayaraq, 1/8 final mərhələsinə yüksəlib.

Bu komanda qrupun birinci və ya ikincisi kimi növbəti mərhələyə adlamaq, həmçinin rəqibini tanımaq üçün Əl-Duhail-Əl-Əhli matçının nəticəsini gözləməlidir.