Azərbaycan güləşçisi Avropa çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i377270-azərbaycan_güləşçisi_avropa_çempionu_olub
Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev Avropa çempionu tituluna yiyələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2021 07:20 Asia/Baku
  • Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev Avropa çempionu tituluna yiyələnib.

SəhərAzəri-nin Apasport.az saytına istinadən verdiyi məlumata görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin qitə birinciliyində bu uğura imza atıb.

O, finalda Adem Burak Uzuna (Türkiyə) qalib gəlib. Azərbaycan təmsilçisi 3:3 hesabı ilə bitən görüşdə sonuncu xal prinsipinə əsasən çempion elan edilib.

Nəticədə Avropa çempionatında Azərbaycan yığmasının qazandığı mükafatların sayı 8-ə çatıb.