Zinəddin Zidanın "Real"dan ayrılması rəsmiləşib;
Fransalı əfsanənin qalaktikalarla yolu rəsmən ayırıb
"Real Madrid" mayın 27-də neçə gün dolaşan fəreziyyələrdən sonra nəhayət bu zəngin ispan klubunun fransalı baş məşqçisi Zinddin Zidanın ayrılması xəbərini rəsmi olaraq təsdiqləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Əvvələr bir oyunçu və baş məşqçi olaraq, "Real Madrid"lə Avropada və İspaniyada əlçatmaz uğurlar qazanandan sonra iki dəfə bu klubdan ayrılmış "Real Madrid"in keçmiş oyunçusu və baş məşqçisi üçüncü dəfə olaraq və daha zəif nəticələrlə bu klubla əməkdaşlığına son qoyub.
Daha əvvəl fransalı məşqçinin yaxınlarının açıqlamalarından qaynaqlanan "Real Madrid"dən ayrılacağı fərziyyəsi cümə axşamı günü onun klub prezidenti Florentino Peres ilə görüşündən sonra rəsmiləşib.
İspaniya mətbuatının yazdığına görə, "Real" ın baş məşqçisi bu görüşdə klubdakı vəzifəsindən rəsmi şəkildə istefa verib və bu istefa cənab Peres tərəfindən təsdiqlənib.