Xorasane Rəzəvinin eşitmə qabiliyyəti olmayan güləşçilərinin uğurları
İranın Xorasane Rəzəvi vilayətinin eşitmə qabiliyyəti olmayanların idman heyətinin sədri deyib ki, bu vilayətin üç idmançısı eşitmə qabiliyyəti olmayan gənclərin güləş üzrə dünya çempionatında ikinci, üçüncü və dördüncü yerləri tutub.
SəhərAzəri-nin məlumatına əsasən, Əbulfəzl Camedari eşitmə qabiliyyəti olmayan sərbəst güləşçilərin Türkiyədə keçirilən dünya çempionatında gümüş medal qazanıb. Mustafa Yəhyayi yunan-roma güləşində bürünc medal qazanmağa müvəffəq olub, Fərdin Təvəkküli isə sərbəst güləşdə dördüncü olubdur, -deyə, Məhəmmədrza Şeyxzadə bildirib.
Xorasane Rəzəvi vilayətinin baş idman və gənclər idarəsinin bildirdiyinə görə, Əbulfəzl Camedari ilk görüşündə ukraynalı rəqibinin kürəklərini yerə çırpıb. O, ikinci görüşündə türkiyəli güləşçini 9-2 hesabı ilə məğlub edib.
Bu dəyərli güləşçi sonra qazaxıstanlı rəqibini səkkiz-bir hesabı ilə qarşısından götürərək, növbəti mərhələdə rus güləşçiyə dörd-səkkiz hesabı ilə məğlub olub və gümüş medal alıbdır.
Bu yarışlarda İranın eşitmə qabiliyyəti olmayan güləşçilər komandası Rusiya və Türkiyə yığmalarından sonra dünya üçüncüsü olubdur.