İranlı idmançı "Ginnes"də yeni rekord qeydə aldırıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379049-İranlı_idmançı_ginnes_də_yeni_rekord_qeydə_aldırıb
İranlı idmançı 40 funtluq ştanqla ən çox "Skott Trast" hərəkətləri edərək, öz adına yeni bir qlobal rekord qeydə aldırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2021 10:37 Asia/Baku
  • İranlı idmançı

İranlı idmançı 40 funtluq ştanqla ən çox "Skott Trast" hərəkətləri edərək, öz adına yeni bir qlobal rekord qeydə aldırıb.

SəhərAzəri-nin məlumatına əsasən, 40 funtluq ştanqla bir dəqiqə ərzində ən çox "Skott Trast" hərəkətinin rekordu 22 hərəkət ilə bundan əvvəl amerikalı bir idmançının sərəncamında idi ki, təxminən 7 ildən sonra 29 hərəkətlə Əqil Qardaşzadə tərəfindən qırıldı və İranın adına qeydə alındı.

Bu rekord, Ginnes rekordlar kitabının İran təmsilçisinin iştirakı ilə bir mərasim çərçivəsində qeyd alındı.

Qardaşzadə bundan əvvəl də bir neçə qlobal rekordu öz adına qeydə aldırıb.