UEFA Super Kubokunu çelsi qazandı; Zadəganlar yaşıl qitədə tilsimi qırdılar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379995-uefa_super_kubokunu_çelsi_qazandı_zadəganlar_yaşıl_qitədə_tilsimi_qırdılar
"Çelsi" futbol komandası "Vilyarreal" komandasını penaltilər seriyasında məğlub edərək, UEFA Super Kubokunu qazandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2021 11:09 Asia/Baku
  • UEFA Super Kubokunu çelsi qazandı; Zadəganlar yaşıl qitədə tilsimi qırdılar

"Çelsi" futbol komandası "Vilyarreal" komandasını penaltilər seriyasında məğlub edərək, UEFA Super Kubokunu qazandı.

SəhərAzəri-nin məlumatına əsasən, ötən gecə UEFA Super Kubokunun final görüşü keçirilib və  İngiltərənin "Çelsi" və İspaniyanın "Vilyarreal" klubları üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtları 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penaltilərə ehtiyac olub.

Penalti zərbələrini daha dəqiq yerinə yetirən Çelsi 6:5 hesabı ilə qalib gələrək, tarixində ikinci dəfə UEFA Super Kubokunu qazanıb.

Çelsi üçün 27-ci dəqiqədə Hakim Ziyeş və Vilyarreal üçün 73-cü dəqiqədə Jerar Moreno qol vurub. 

"Çelsi" nəhayət üç Super Kubokdan sonra çempionluq titulunu qazanaraq, tilsimi qırmış olub.