Avq 15, 2021 14:05 Asia/Baku
  • Tehran universiteti tədqiqatçılarının müvəffəqiyyəti
    Tehran universiteti tədqiqatçılarının müvəffəqiyyəti

Tehran Universitetinin kənd təsərrüfatı və təbii ehtiyatlar institutu tədqiqatçılarının göndərdikləri layihə İsveçrə ixtiralar müsabiqəsinin qızıl mükafatını alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyası tərəfindən virtual formada keçirilən İsveçrə beynəlxalq müsabiqəsində Tehran Universitetinin kənd təsərrüfatı və təbii ehtiyatlar institutunun torpaqşünaslıq və torpaqşünaslıq mühəndisiliyi kafedrasının professoru, doktor Babək Mütəşərrizadənin və torpaqşünaslıq ixtisası üzrə magistratura tələbəsi Seyid Möhsün Hüseyninin “”Kalium fosfat silikat” qoruyucu gübrəsinin sintezi” adlı layihəsi İsveçrə beynəlxalq ixtiralar müsabiqəsinin qızıl mükafatını almağa müvəffəq olub.

Bu layihə zərərvericilərə qarşı zəhərlərin aradan qaldırılması və gübrədən istifadə ilə, torpağın yaxşılaşdırılması və gücləndirilməsi barədə olubdur.

 

Teqlər