İran-Suriya: 1-0
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380714-İran_suriya_1_0
İranın yığma futbol komandası Qətərdə keçiriləcək 2022-ci dünya çempionatının seçmə görüşlərinin yekun mərhələsinin ilk görüşündə Suriya yığmasını məğlub edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 03, 2021 10:32 Asia/Baku
  •  İran-Suriya: 1-0

İranın yığma futbol komandası Qətərdə keçiriləcək 2022-ci dünya çempionatının seçmə görüşlərinin yekun mərhələsinin ilk görüşündə Suriya yığmasını məğlub edib.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu görüş dünən Bakı vaxtı ilə saat 20-00-dan Tehranın Azadi stadionunda başlanıb. Görüş bir-sıfır hesabı ilə İran yığmasının xeyrinə qurtarıb.

İranın yeganə qolunu Əlirza Cahanbəxş oyunun 57-ci dəqiqəsində vurub.

İran yığması bu qələbə ilə Asiya qitəsində 2022-ci dünya çempionatının seçmə görüşlərinin yekun mərhələsinin A qrupuna başçılıq edir.

Bu qrupdan olan digər görüş Cənubi Koreya və İraqın milli futbol komandaları arasında keçirilib. Oyun sıfır-sıfır hesabı ilə başa çatıb.

Əmirliklər və Livan seçmələri arasında keçirilən bu qrupdan üçüncü görüş də sıfır-sıfır hesabı ilə heç-heçə başa çatıbdır.