Tokio-2020 Paralimpiada
Azərbaycan Respublikasının payı 19 medal oldu
Sen 04, 2021 11:25 Asia/Baku
Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını 19 meddalla başa vurub,sabah başa çatacaq Paralimpiadada daha iki qızıl medal qazanıb.
SəhərAzəri-nin verdiyi məlumata görə,Azərbaycan təmsilçiləri paraatlet Lamiyə Vəliyeva ikinci dəfə fəxri kürsüyə yüksəlib. 100 m məsafəyə qaçışda gümüş medal alan L.Vəliyeva 400 m məsafəyə qaçışda qızıl mükafata sahib olub. O, 55 saniyə göstərici ilə finiş xəttinə birinci çatıb.
Digər paraatlet Orxan Aslanov isə uzunluğa tullanmada qızıl medala yiyələnib. O 7,36 m nəticə göstərib.
Beləliklə, Azərbaycan Respublikası millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla bitirib. Azərbaycan yığması hazırda medal sıralamasında 9-cu yerdə qərarlaşıb.