İran güləşçiləri dörd qızıl və iki bürünc medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380779-İran_güləşçiləri_dörd_qızıl_və_iki_bürünc_medal_qazanıblar
İranın yunan-roma güləşi üzrə seçmə komandası Serbiyada keçirilən İvanoviç kuboku uğrunda beynəlxalq güləş yarışlarında dörd qızıl və iki bürünc medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2021 08:51 Asia/Baku
  • İran güləşçiləri dörd qızıl və iki bürünc medal qazanıblar

İranın yunan-roma güləşi üzrə seçmə komandası Serbiyada keçirilən İvanoviç kuboku uğrunda beynəlxalq güləş yarışlarında dörd qızıl və iki bürünc medal qazanıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Liyoyomir İvanoviç kuboku uğrunda beynəlxalq güləş yarışları dünən keçirilib və sonda İran komandası əlli beş kiloqram çəki dərəcəsində Puya Dadmərz, altmış kiloqram çəki dərəcəsində Ümid Arami, yetmiş iki kiloqram çəki dərəcəsində Əli Ərsəlan və yüz otuz kiloqram çəki dərəcəsində Əli Əkbər Yusifi tərəfindən qızıl medal, əlli beş və altmış yeddi kiloqram çəki dərəcələrində isə Məhəmmədhadı Şəbani və Məhəmmədrza Rzayi tərəfindən bürünc medal əldə edib.

İran komandası bu yarışlarda ikinci olubdur.