Sionist rejim köhnə vaksinləri Qəzzə zolağına təhvil verib
Qəzzə səhiyyə nazirliyi bildirib ki, sionist rejim Ramullahdan göndərilmiş əlli min doza vaksini qeyri-münasib şəraitdə saxladıqdan və xarab etdikdən sonra Qəzzəyə təhvil verib.
SəhərAzəri-nin məlumatına əsasən, Qəzzə səhiyyə nazirliyi bir bəyanatda bildirib ki, Təl-Əviv tərəfindən göndərilən vaksinlər, təhlükəsizliklərini təsdiq etmək və keyfiyyətlərindən əmin olmaq məqsədilə araşdırılıb və araşdırmalardan sonra məlum olubdur ki, vaksinlərin istehlak tarixi başa çatıbdır.
Qəzzə səhiyyə nazirliyi bu bəyanatda Təl-Əvivin qeyd olunan vaksinlərin xarab olmasında məsuliyyət daşıdığını bildirib. Qeyd edib ki, sionist rejim münasib vaxtda daxil olmasını əngəllədiyinə və qeyri-münasib şəraitdə başlı-başına buraxdığına görə, bu vaksinlər xarab olubdur.