İranlı güləşçinin bürünc medalı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381813-İranlı_güləşçinin_bürünc_medalı
İranlı güləşçi Norveçin paytaxtı Osloda keçirilən sərbəst güləş üzrə dünya çempionatında 97 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2021 09:18 Asia/Baku
  • Müctəba Qelic
    Müctəba Qelic

İranlı güləşçi Norveçin paytaxtı Osloda keçirilən sərbəst güləş üzrə dünya çempionatında 97 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Müctəba Qelic 97 kiloqram çəki dərəcəsindəki sıralama görüşündə Monqolustanı təmsil edən Batzol Olzisayxanı on-sıfır hesabı ilə məğlub etməklə bürünc medal sahibi olub.

Sərbəst güləş üzrə dünya çempionatında dörd birinci və ikinci çəki dərəcəsi üzrə yarışların sonunda Həsən Yəzdani, Kamran Qasımpur və Əmir Hüseyn Zare qızıl, Əlirza Sərlək, Əmir Məhəmməd Yəzdani və Məhəmməd Noxudi gümüş medal sahibi oldular.

Əldə olunmuş nəticələrə görə, İranın sərbəst güləş üzrə milli komandası sərbəst güləş üzrə dünya çempionatında üçüncü olubdur.