İran millisinin ulduzu Asiyada ən yaxşı legioner seçilib
Okt 30, 2021 17:08 Asia/Baku
İranın futbol üzrə yığma komandasının hücumçusu Asiyada həftənin ən yaxşı legioneri seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, Asiyada həftənin ən yaxşı legionerini müəyyən etmək üçün keçirilən sorğu bu gün başa çatıb və həftənin ən yaxşı legioneri bəlli olub.
İranın futbol üzrə yığma komandasının ulduzu və "Portu" klubunun üzvü Mehdi Taremi bütün səslərin 56 faizini qazanaraq, Asiyada həftənin ən yaxşı legioneri seçilib.
İranın milli futbol komandası digər hücumçusu Sərdar Azmun isə 16 faiz səslə həftənin ən yaxşı legionerləri cədvəlində üçüncü pillədə qərarlaşıb.