Okt 30, 2021 20:41 Asia/Baku
  • İranlı boksçu cəmi bir dəqiqədə rəqibini nokdaun edib

80 kiloqram çəki dərəcəsində çıxış edən, İranlı boksçu Serbiyada keçirilən boks üzrə Dünya Çempionatında ilk görüşünü Çin Taybeyidən olan rəqibini məğlub etməklə başa vurub.

SəhərAzəri-nin məlumatına əsasən, Boks üzrə Dünya Çempionatı yarışlarının davamında 80 kiloqram çəki dərəcəsində çıxış edən, İranlı boksçu Meysəm Qəşqayi ilk mübarizəsində Çin Taybeyidən olan rəqibi Çiya Çunqu cəmi bir dəqiqədə nokdaun edib və qalib olub. 

Meysəm Qəşqayi 1/8 final mərhələsində Belarus - Xorvatiya matçının qalibi ilə qarşılaşacaq.

İranın digər boksçusu Əşkan Rezayi də ilk görüşündə Litva təmsilçisini məğlub edən şotlandiyalı Reis Linç ilə qarşılaşacaq.

Seyid Şahin Musəvi də əvvəlki turda Qırğızıstan təmsilçisini məğlub edən qayanalı boksçu Amsterdamla görüşəcək. 

Teqlər