İranlı astronomlar Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
İran İslam Respublikasının Astronomiya və Astrofizika komandası 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında 9 medal qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Parlaq İstedadların Yetişdirilməsi üzrə Milli Təşkilatının ictimaiyyətlə əlaqələr bölməsinə görə; İran İslam Respublikasının alimləri 2021-ci ildə keçirilən 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında 2 qızıl, 5 gümüş, 2 bürünc medal və bir fəxri diplom qazanıblar.
Bu turnir, dünyanın 48 ölkəsinin iştirakı və Kolumbiyanın ev sahibliyi ilə onlayn formatında keçirilib. Bu yarışlarda "Sepehr Mizaniyan" və "Səhənd Əkrəmipur" qızıl medal, "Tara Rzayi Xeyrxah", "Zəhra Məliki", Məhəmməd Taha Cəlali Nəduşən", "Səhənd İsmayılzadə" və "Əmin Zamani" gümüş medal və "Seyid Məhəmməd Mehdi Musəvi", "Ümidrza Nəzəri Bokayi" bürünc medal qazanıblar və "Yəhya Qasimi Surəki" fəxri diplom alıb.