Ağırlıqqaldırma üzrə dünya qızıl və bürüncü İrana nəsib olub
Dek 16, 2021 12:20 Asia/Baku
İran ağırlıqqaldıranı Rəsul Motəmedi Özbəkistanda keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatının qızıl medalını qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatının davamında İranın iki nümayəndəsi dünən yüz iki kiloqram çəki dərəcəsində rəqabət aparıb.
Rəsul Motəmedi bir təkanla 177, iki təkanla 220, ümumilikdə isə 397 kiloqram göstərici ilə çempion olub. O, iki təkanda və ümumilikdə qızıl, bir təkanda isə gümüş medal qazanıbdır.
Əmir Hüquqi də bir təkanda 172, iki təkanda 216, ümumilikdə isə 388 kiloqramlıq göstərici ilə dünya üçüncüsü olub. O, iki təkanda və ümumilikdə bürünc medal əldə edib.