İranlı idmançı pauerliftinqdə Asiya birincisi olub
Dek 30, 2021 12:13 Asia/Baku
İranın pauerliftinq yığmasının üzvü Türkiyədə keçirilən 2021-ci il Asiya çempionatında rekord qeydə aldırmaqla gənclər arasında çempion olub.
SəhərAzəri-nin məlumatına əsasən, 74 kiloqramdan aşağı çəki dərəcəsində yarışan Əmir Nurhüseyni skuat və didlift bölmələrində sıra ilə 230 və 255 kiloqramlıq çəkilərin öhdəsindən gələ bilib.
Nurhüseyni «sinə-press» bölməsində 147 tam onda beş kiloqramlıq rekordu qeydə aldırıb və ikinci olubdur. O, ümumilikdə 632 tam onda beş kiloqramlıq göstərici, həmçinin iki qızıl və bir gümüş medalla hindistanlı və qazaxıstanlı rəqiblərini arxada qoyub.
Qazaxıstanlı idmançı bu çəki dərəcəsində 622 kiloqramlıq göstərici ilə ikinci, Hindistan nümayəndəsi isə 570 kiloqramlıq göstərici ilə üçüncü olubdur.