«Milan» «Latsio»nu qarşısından götürməklə derbiyə çıxdı
«Milan» futbol klubu «Latsio» üzərində çoxqollu bir qələbə ilə «Kupa İtaliya» adlanan İtaliya kubok yarışlarının ikidə bir final mərhələsinə vəsiqə qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu yarışların dörddə bir final mərhələsində «Milan» və «Latsio» klubları «San Siro» stadionunda qarşılaşıblar. Görüşün sonunda «Milan» dörd-sıfır hesabı ilə tanınmış rəqibini məğlub edib və ikinci komanda kimi ikidə bir final mərhələsinə vəsiqə qazanıb.
Oyunun 24-cü dəqiqəsində rəqibin qapısını açan Rafael Liyao və Oliviye Jiro iki dəfə «Milan» üçün qol vurublar.
Beləliklə, Stefano Piolinin yetirmələri növbəti mərhələdə derbidə iştirak edəcəklər. Belə ki, onların rəqibi, Milan şəhərindən olan digər bir klub- «İnter» klubudur.
Maraqlıdır ki, bu iki komanda cari həftədə «A» liqasının 24-cü həftəsində bir-birilə qarşılaşmışdı.
«Kupa İtaliya»nın ikidə bir final mərhələsinin görüşləri gediş-qayıdış formasında keçiriləcək və martın ikisində keçiriləcək ilk görüşdə İnter «Milan»a, aprelin iyirmisində isə «Milan» «İnter»ə ev sahibliyi edəcək.