Fev 10, 2022 18:01 Asia/Baku
  • Çəki atmanın ən sadə yolu

Tədqiqatçılar çəki atmaq üçün ən sadə yollardan birini tövsiyə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ən son araşdırmanın nəticələri göstərir ki, «daha çox gecə yuxusu», çəkinin azalmasına kömək edir.

Bu araşdırmaya əsasən, araşdırma iştirakçıları öz gecə yuxularını təqribən bir saat artırmaqla əldə etdikləri kalorini orta hesabla gündə iki yüz yetmiş kilo/kalori azaldıblar.

Araşdırmaçılar təkid edirlər ki, yuxunun artırılması çəkiatma proqramlarına əlavə edilməlidir.

Onların sözlərinə görə, yuxudan qabaq ekrandan istifadə müddətinin məhdudlaşdırılması, «bir saat daha çox yatmaları» məsləhət görülən şəxslər arasında aparıcı bir amildir.

Bundan öncəki araşdırmalar göstərmişdi ki, yetərincə yuxu almamaq, iştahanın tənzimlənməsinə təsir edir və çəki artımı təhlükəsini artırır.

Bu araşdırmanın tədqiqatçısı və ABŞ-ın Çikaqo Tibb Elmləri Universitetində Yuxu Mərkəzinin direktoru Astra Tasali bu haqda belə deyib: Bizim tapıntılarımız göstərir ki, yetərincə yuxu almaq, cəmiyyətdə köklük epidemiyası ilə apardığımız döyüşümüzdə dəyişiklik yarada bilər.

Teqlər