Fev 19, 2022 13:30 Asia/Baku
  • İran güləşçiləri
    İran güləşçiləri

Bolqarıstanda keçirilən Danklov və Nikolay Petrov kuboku uğrunda sərbəst və yunan-roma güləşləri üzrə yarışların ikinci gününün sonunda İran nümayəndələri bir qızıl və üç bürünc medal əldə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Yerli vaxtla cümə günü gecə keçirilən bu yarışlarda Meysəm Delxani yunan-roma güləşi üzrə 63 kiloqram çəki dərəcəsində qızıl medala nail olub.

Əlirza Əbdüli və Əlirza Məhəmmədi yunan-roma güləşinin müvafiq olaraq, 72 və 82 kiloqram çəki dərəcələrində, Mustafa Qiyasi isə sərbəst güləşin 79 kiloqram çəki dərəcəsində bürünc medal əldə ediblər.

Cümə axşamı günündən Bolqarıstanın Veliko-Tırnovo şəhərində başlanan Danklov və Nikolay Petrov kuboku uğrunda sərbəst və yunan-roma güləşləri üzrə beynəlxalq yarışlar bazar günü başa çatacaq.

 

Teqlər