«Atletiko»nun üstünlüyü
Fev 27, 2022 14:22 Asia/Baku
Madridin «Atletiko» futbol klubu «Selta Viqo» ilə görüşdə braziliyalı Renan Lodinin uğurlu çıxışı ilə üstünlüyə nail olub.
SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü gecə İspaniya premyer liqasının 26-cı həftəsində/ futbol mövsümünü eniş və yoxuşlarla keçirmiş Madridin «Atletiko» komandası «Vanda Metropolitano» stadionunda «Selta Viqo» klubunu qarşılayıb və bu komandanı iki-sıfır hesabı ilə məğlub edib.
23 yaşlı braziliyalı yan xətt hücumçusu Renan Lodi oyunun 36 və 60-cı dəqiqələrində ev sahibi üçün iki qol vurub.
Dieqo Simeonenin yetirmələri bu qələbə ilə xallarının sayını 45-ə çatdırıb və Barselona ilə müqayisədə iki çox oyunla yarış cədvəlinin dördüncü pilləsində durublar. Barselona-nın hazırda qırx iki xalı var.