İranın təmsilçiləri Türkiyədə keçirilən Beynəlxalq Turnirdə ikinci olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386593-İranın_təmsilçiləri_türkiyədə_keçirilən_beynəlxalq_turnirdə_ikinci_olublar
İranın Xürrəmabad şəhərinin "Fars Körfəzi Polimeri" yüngül atletika komandası Türkiyə klublarının beynəlxalq yarışlarında 10 rəngarəng medal qazanaraq, ikinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2022 17:05 Asia/Baku
  • İranın təmsilçiləri Türkiyədə keçirilən Beynəlxalq Turnirdə ikinci olublar

İranın Xürrəmabad şəhərinin "Fars Körfəzi Polimeri" yüngül atletika komandası Türkiyə klublarının beynəlxalq yarışlarında 10 rəngarəng medal qazanaraq, ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, "Fars Körfəzi Polimeri" komandasının baş məşqçisi Siyavuş Sepəhvənd İRNA-ya müsahibəsində deyib: "Xürrəmabad şəhərinin "Fars Körfəzi Polimeri" yüngül atletika komandası Türkiyə klublarının beynəlxalq yarışlarında beş qızıl, üç gümüş və iki bürünc medal qazanıb və üç milli rekordu təzələyib. 

Sepəhvənd Xürrəmabadın yüngül atletika komandasının bu yarışlarda ikinci olduğunu bildirib. Birinci və üçüncü yerləri isə Türkiyə komandaları tutub.