Mart 14, 2022 14:54 Asia/Baku
  • İranlı kişi taekvodoçular
    İranlı kişi taekvodoçular

İranlı kişi taekvondoçular Tehranda keçirilən Dünya Taekvondo Federasiyasının 4-cü Prezident Kubokunda çempion olublar.

SəhərAzəri-nin məlumatına əsasən, "Prezident Kuboku" üzrə 4-cü beynəlxalq turnir İran, Azərbaycan Respublikası, Türkiyə, Əfqanıstan, Hindistan, İordaniya, Qazaxıstan, Livan, Pakistan, Özbəkistandan və qaçqın komandasından olan 193 taekvondoçunun iştirakı ilə şənbə günündən Tehranda başlayıb və bazar günü sona çatıb.  

İran təmsilçiləri bu turnirdə 5 qızıl, bir gümüş və bir bürünc medal və 712 xalla birinci olublar. 

Özbəkistan 1 qızıl, 1 gümüş, 3 bürünc medal və 261 xalla ikinci, İordan isə 2 qızıl medal və 260 xalla üçüncü olublar. 

Azərbaycan Respublikası da bir gümüş, iki bürünc medal və 113 xalla dördüncü yerdə qərarlaşıb.

Bundan əvvəl iranlı qadın taekvondoçular da Tehranda keçirilən Dünya Taekvondo Federasiyasının 4-cü Prezident Kubokunda çempion olublar.

Teqlər