Tədqiqatçılardan kök insanlara xəbərdarlıq
Tədqiqatçılar orta yaşlarda kök olmaq barədə ciddi şəkildə xəbərdarlıq edirlər.
SəhərAzəri-nin məlumatına əsasən, «Daily Mail»in məlumatına görə, yeni bir tədqiqatın nəticələri göstərir ki, orta yaşlarda kilolu olmaq, ömürdən beş ilədək azalda bilər.
Otuz minə yaxın insanı əlli yaşınadək araşdırmış tədqiqatçılar bu nəticəyə gəliblər ki, normal çəkiyə malik olan şəxslər orta hesabla 82,3 yaşında dünyalarını dəyişiblər. Amma kilolular qrupuna daxil olan qırx nəfərdən çox insan orta hesabla 77,7 yaşınadək ömür sürübdür.
Bu araşdırmadan əldə olunan nəticə göstərir ki, hətta orta səviyyədə kök insanlar həyatlarının iki ilini itiriblər.
Çikaqoda yerləşən Şimal-Qərb Universitetinin tədqiqatçıları kilolu insanların başqa şəxslərdən daha çox əsas xəstəliklərdən əziyyət çəkdiklərini qeyd ediblər.
Damarlarda iltihaba və yağ çöküntülərinə səbəb olan artıq çəki ürəyə və digər həyati orqanlara təzyiq göstərir.
Köklüyün həyata ümidi on ilə qədər azalda biləcəyini göstərən əvvəlki araşdırmalarla müqayisədə, yeni araşdırmalar göstərir ki, bir şəxs hər nə qədər kilolu olarsa, onun həyata ümid müddəti də bir o qədər azalacaqdır.