Apr 01, 2022 13:32 Asia/Baku
  • AR sərbəst güləşdə Avropa çempionu oldu
    AR sərbəst güləşdə Avropa çempionu oldu

Macarıstanın Budapeşt şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatı Azərbaycan Respublikasının birinciliyi ilə öz işini başa vurub.

SəhərAzəri-nin məlumatına görə, Rusiya komandasının iştirak etmədiyi bu yarışların sonunda Azərbaycan Respublikası, Türkiyə və Gürcüstan yığmaları müvafiq olaraq, birincidən üçüncüyədək olan yerləri tutublar.

Azərbaycan Respublikasının komandası bu çempionatda bir qızıl, dörd gümüş və bir bürünc medal və 159 xal, Türkiyə yığması iki qızıl, bir gümüş və üç bürünc medal və 141 xal, Gürcüstan millisi isə bir qızıl, bir gümüş və dörd bürünc medal və 133 xal qazanıblar.

 

Teqlər