Apr 22, 2022 13:50 Asia/Baku
  • Taremi
    Taremi

İranın futbol üzrə yığma komandası və Portuqaliyanın Porto klubunun hücumçusu, Sportinq klubu ilə oyun zamanı iftar edib.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə Portuqaliya kuboku yarışlarının yarımfinal mərhələsinin qayıdış görüşündə Sportinq klubunu qəbul edən Porto klubu bir-sıfır hesabı ilə rəqibini məğlub edib.

Bu oyunda İranın futbol üzrə yığma komandasının ulduzu- Mehdi Taremi oyunun əvvəlindən Porto-nun tərkibində olub və səksən səkkiz dəqiqə oynayıbdır.

Portuqaliya medialarının bildirdiklərinə görə, Mehdi Taremi oyunun iyirminci dəqiqəsində komandanın tədarük işçilərindən iftar üçün nəsə vermələrini xahiş edib. Porto-nun nigeriyalı oyunçusu- Zaydo da xəttin kənarına gedib, su içməklə iftar açıb.

İranın futbol üzrə yığma komandasının hücumçusu ötən həftə Sportinq klubunun azarkeşləri və saytı tərəfindən kəskin tərzdə tənqid və təhqir edilsə də, Porto azarkeşlərinin maksimum himayəsini əldə etmişdi.

 

Teqlər