Güləş üzrə Asiya Çempionatı;
İranın üç sərbəst güləşçisi finalına yüksəlib
Sərbəst güləş üzrə Asiya Çempionatında İranın üç güləşçisi finala vəsiqə qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, sərbəst güləş üzrə Asiya Çempionatında bu gün ilk beş çəkinin yarışları başlayıb və İranın üç sərbəst güləşçisi finala yüksəlib.
Bu barədə İranın Güləş Federasiyasının ictimaiyyələ əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata əsasən, seçmə yarışlarının sonunda 65 kiloqram çəki dərəcəsində Rəhman Əmuzad, 79 kiloqram çəki dərəcəsində Əli Savadkuhi və 97 kiloqram çəki dərəcəsində Məhəmməd Hüseyn Məhəmmədian rəqiblərini məğlub edərək, finala yüksəliblər.
70 kiloqram çəki dərəcəsində isə Məhəmməd Mehdi Yeqanə Cəfəri reytinq görüşündə iştirak edir.
Bu gün həm final, həm də reytinq yarışları keçiriləcək.
Güləş üzrə Asiya Çempionatı Monqolustanın paytaxtı Ulan-Batorda keçirilir.