Asiya Çempionatında İranın sərbəst güləşçiləri üç qızıl medal qazandılar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388346-asiya_Çempionatında_İranın_sərbəst_güləşçiləri_üç_qızıl_medal_qazandılar
Sərbəst güləş üzrə Asiya Çempionatında İranın finala yüksəlmiş hər üç güləşçisi qızıl medal qazandılar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 23, 2022 14:44 Asia/Baku
  • Güləş üzrə Asiya Çempionatı; İranın sərbəst güləşçiləri üç qızıl medal qazandılar
    Güləş üzrə Asiya Çempionatı; İranın sərbəst güləşçiləri üç qızıl medal qazandılar

Sərbəst güləş üzrə Asiya Çempionatında İranın finala yüksəlmiş hər üç güləşçisi qızıl medal qazandılar.

SəhərAzəri-nin məlumatına əsasən, güləş üzrə Asiya Çempionatı Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilir. 

Bu turnirdə ilk beş çəkinin yarışları bu gün başlayıb və İranın üç sərbəst güləşçisi finala yüksəlib. 

97 kiloqram çəki dərəcəsində final görüşündə Məhəmməd Hüseyn Məhəmmədian monqolustanlı rəqibi Batzul Ulziisaikhanı məğlub edərək, qızıl medal qazanıb.

Bundan əvvəl 65 kiloqram çəki dərəcəsində Məhəmməd Əmuzad Xəlili, 79 kiloqram çəki dərəcəsində isə Əli Savadkuhi qızıl medal qazanmışlar.