May 21, 2022 12:29 Asia/Baku
  • Bu il ikinci iranlı qadın Everest zirvəsini fəth etdi

Cari ildə ikinci iranlı qadın alpinist Everest dağının zirvəsinə qalxmağı bacarıb.

SəhərAzəri-nin məlumatına əsasən, iranlı qadın alpinist, skvoş üzrə milli komandanın keçmiş üzvü İlham Ramazani Everesti fəth etməyi bacarıb.

Ramazani bu il Everestə qalxan ikinci iranlı qadındır.

İranlı alpinist sosial şəbəkələrdə bir paylaşımda Everest dağını fəth etdiyini açıqlayıb.

Cari ildə və son günlərdə üç iranlı alpinist, Əfsanə Hesamifard, Əziz Əbdi və Saman Təhmurəsi Everestin 8 min 848 metrlik zirvəsinə qalxmağı bacarıblar.

Dünyanın ən hündür dağı və ən hündür nöqtəsi olan Everest Himalay dağlarının bir hissəsidir və Nepalda yerləşir. Onun hündürlüyü dəniz səviyyəsindən 8 min 848,86 metrdir.

Teqlər