İranın yeniyetmələrdən ibarət futbol yığması KAFA turnirinin qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389304-İranın_yeniyetmələrdən_ibarət_futbol_yığması_kafa_turnirinin_qalibi_olub
İranın yeniyetmələrdən ibarət futbol komandası 2022-ci il KAFA turnirində son oyununda Tacikistan üzərində bol qollu qələbə qazanaraq, çempion olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2022 09:41 Asia/Baku
  • İranın yeniyetmələrdən ibarət futbol yığması KAFA turnirinin qalibi olub

İranın yeniyetmələrdən ibarət futbol komandası 2022-ci il KAFA turnirində son oyununda Tacikistan üzərində bol qollu qələbə qazanaraq, çempion olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın 16 yaşadək futbol yığması KAFA turnirində final görüşündə ev sahibi Tacikistana qarşı mübarizə aparıb və çempionluğu qazanmaq üçün rəqibinə yeddi qol vurmalı olduğu bir vəziyyətdə, nəhayət, heç bir qol buraxmadan yeddi qol vuraraq, çempion olub.

Turnirdə İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və Qırğızıstandan 16 yaşadək oğlanlardan ibarət futbol komandaları iştirak edib.

İranın yeniyetmələrdən ibarət futbol komandası Tacikistanla final görüşündən əvvəl Özbəkistanla heç-heçə edib, Qırğızıstan və Əfqanıstan qarşısında isə iki qələbə qazanıb.