İranlı güləşçinin birinciliyi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389740-İranlı_güləşçinin_birinciliyi
İranın 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçisi Qazaxıstanda keçirilən Bulat Turlixanov adına kubok uğrunda yunan-roma güləşində qızıl medal sahibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2022 16:35 Asia/Baku
  • İranlı güləşçinin birinciliyi

İranın 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçisi Qazaxıstanda keçirilən Bulat Turlixanov adına kubok uğrunda yunan-roma güləşində qızıl medal sahibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, iranlı güləşçi Puya Dadmərz ilk mərhələdəki istirahətdən sonra ikinci etapda tacikistanlı güləşçi İslamcan Əzizovu yeddi-iki hesabı ilə məğlub edib və yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Dadmərz bu etapda Hindistandan olan Arucan Halakurkini səkkiz-sıfır hesabı ilə qarşısından götürüb və final görüşünə yollanıb.

Dadmərz qızıl medal almaq üçün Qazaxıstandan olan Marlan Mukaşevlə görüşüb və rəqibini dörd-iki hesabı ilə məğlub edib. Onun əldə etdiyi qızıl medal, bu turnirdə İranın ilk qızıl medalıdır.

Bulat Turlixanov adına kubok yarışında İranın yunan-roma güləşi karvanının altı finalçısı var.