İyun 03, 2022 16:09 Asia/Baku
  • İran güləçşiləri Turlixanov Kubokunun ilk günündə 7 medal qazanıblar

İranın yunan-roma güləşi üzrə yığma komandası Qazaxıstanda keçirilən Beynəlxalq Turlixanov Kuboku yarışlarının ilk günündə 3 qızıl, 3 gümüş və bir bürünc medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən yunan-roma güləşi üzrə Beynəlxalq Turlixanov Kuboku və reytinq turnirinin ilk günündə Puya Dadmərz, Əlirza Necati və Ramin Tahiri müvafiq olaraq, 55, 60 və 87 kiloqram çəki dərəcələrində qızıl medal qazanıblar.  60 kiloqram çəki dərəcəsində Puya Nasirpur, 97 kiloqram çəki dərəcəsində Mehdi Fəllah və 130 kiloqram çəki dərəcəsində Əmin Mirzazadə gümüş medalı alıblar, həmçinin 130 kiloqram çəki dərəcəsində Əli Əkbər Yusifi də bürünc medalı qazanıb.  

Güləş üzrə Qazaxıstanın Beynəlxalq Turlixanov Kubokunun 72, 77 və 82 kiloqram çəki dərəcələrində püşkatma mərasimi də keçirilib.

Bu yarışlar bu gün keçiriləcək.

Teqlər