İranlı velosipedçilər İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392153-İranlı_velosipedçilər_İslam_həmrəyliyi_oyunlarında_4_medal_qazanıblar
İranlı velosipedçilər İslam Həmrəyliyi Oyunları altında keçirilən velosipedsürmə yarışlarında dörd müxtəlif medalla işlərini başa vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2022 13:08 Asia/Baku
  • İranlı velosipedçilər İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanıblar

İranlı velosipedçilər İslam Həmrəyliyi Oyunları altında keçirilən velosipedsürmə yarışlarında dörd müxtəlif medalla işlərini başa vurublar.

SəhərAzəri-nin məlumatına əsasən, Kişilər bölməsində Məhəmməd Gəncxanlı qızıl, Behnam Aryən isə iki gümüş medalı İranl velosipedçilərinə töhfə veriblər.

İslam Həmrəyliyi Oyunları altında keçirilən velosipedsürmə yarışlarında İranın üç nümayəndəsi qadınlar bölməsində mübarizə aparıb. Sonda Mandana Dehqan bürünc medal qazanıbdır.

Bu minvalla, İranın velosipedsürmə komandası bir qızıl, iki gümüş və bir bürünc medalla beşinci İslam Həmrəyliyi Oyunlarında öz işini başa vurub.