Gisa Baybordi qızıl medal qazanıb
Avq 18, 2022 18:34 Asia/Baku
İranın qadınlardan ibarət oxatma komandasının üzvü İslam Həmrəyliyi Oyunlarının qızıl medalına layiq görülüb.
SəhərAzəri-nin məlumatına əsasən, Gisa Baybordi İslam Həmrəyliyi Oyunlarının kampond bölməsi yarışlarının finalında Türkiyəni təmsil edən Yeşim Bustan-Bukarla mübarizə aparıb.
Rəqibini 146-142 hesabı ilə məğlub edən Baybordi çempion adını qazanıb.
Gisa Baybordi qarışıq yarışlarda isə dünən Əmir Kazımpurla yanaşı, gümüş medal əldə etmişdi.