İranlı hakim sionist rejim təmsilçisinin görüşünü idarə etməkdən imtina edib
İranın karate üzrə beynəlxalq hakimi Qüdsü işğal edən rejim təmsilçisinin görüşünü idarə etməkdən imtina edib.
SəhərAzəri-nin məlumatına əsasən, Cavad Səlimi dünya karate liqasında işğalçı sionist rejim karateçisinin görüşünə hakimlik etməkdən imtina edib.
Dünya Karate Liqası dünyanın 48 ölkəsindən 248 karateçinin iştirakı ilə üç gün müddətinə Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakıda keçirildi ki, İran komandası bu yarışlarda "Sara Bəhmənyar" və "Bəhmən Əsgəri"nin aldığı iki gömüş medal və "Təravət Xaksar" və "Zəbihullah Purşeyb"in aldığı iki bürün medalla öz işinə yekun vurdu.
Bu turnirdə Cavad Səlimi, Kambiz Kakavənd, Əlirza Novruzi, Seyid Vəli Hüseyni və Elmira Gözəlzadə 5 iranlı hakim olub ki, yarışları idarə edirdilər.
Bu arada Karate Federasiyasının hakimlər komitəsinin keçmiş rəhbəri yarışların ikinci ikinci günündə tatami üzərində işğalçı sionist rejim karateçisinin olduğunu öyrəndikdə, görüşə hakimlik etməkdən imtina edib.