Dünya çempionatında
Azərbaycanlı güləşçi qızıl medal qazanıb
Serbiyanın paytaxtı Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycanlı güləşçi qızıl medal qazanıb.
55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub.
Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə də final görüşünü keçirib.
72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4.
Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub.
Qeyd edək ki, dünən mübarizəyə qoşulan digər yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
Bu gün isə Azərbaycanın daha üç güləşçisi Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.
Yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq), qadınların yarışında Tatyana Omelçenko (62 kq) döşək üzərinə çıxacaq.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcək.