İran 1 - 0 Uruqvay; Keyroşun İran yığması ilə parlaq başlanğıcı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393475-İran_1_0_uruqvay_keyroşun_İran_yığması_ilə_parlaq_başlanğıcı
İran və Uruqvayın milli futbol komandaları arasında keçirilən hazırlıq görüşü İran komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2022 05:34 Asia/Baku
  • İran 1 - 0 Uruqvay; Keyroşun İran yığması ilə parlaq başlanğıcı

İran və Uruqvayın milli futbol komandaları arasında keçirilən hazırlıq görüşü İran komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandası Avstriyanın Sankt Pölten şəhərindəki "NV Arena" stadionunda Dünya Çempionatına hazırlıq matçı çərçivəsində cümə günü saat 19:30-da Uruqvay millisi ilə qarşılaşıb.

Bu matçın yeganə qolunu İran millisinin üzvü Mehdi Taremi matçın 79-cu dəqiqəsində vurub.

İran qarşısında məğlubiyyət Uruqvay yığmasının Dieqo Alonsonun baş məşqçisi olduğu müddətdə ilk məğlubiyyəti olub.

Uruqvay son 7 matçda altı qələbə və bir heç-heçə qazanmışdı.

Futbol üzrə 22-ci dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.