Sen 27, 2022 14:22 Asia/Baku
  • İranlı tələbə güləşçilər Türkiyə yarışlarının ilk günündə 5 qızıl medal qazanıblar

Türkiyədə tələbələr arasında keçirilən sərbəst güləş üzrə beynəlxalq yarışların ilk günündə iranlı tələbələr 5 qızıl medal qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, sentyabrın 19-dan oktyabrın 2-dək Türkiyənin Samsun şəhərində tələbələr arasında döyüş idman növü üzrə ilk dünya kuboku keçirilir və İranı bu yarışlarda Tehran Universitetinin sərbəst güləş komandası təmsil edib.

İranın Universitet İdmanları Milli Federasiyasının məlumatına görə, bu turnirin ilk 5 çəki dərəcəsində yarışları keçirilib və İranın bütün 5 təmsilçisinin birinciliyi ilə yekunlaşıb.

Rza Mömini 57 kiloqram çəki dərəcəsində, Əhməd Bəzri 92 kiloqram çəki dərəcəsində, Erfan İlahi 74 kiloqram çəki dərəcəsində, Seyid Mehdi Haşimi 125 kiloqram çəki dərəcəsində və Məhəmməd Rza Baqiri 65 kiloqram çəki dərəcəsində yarışların ilk günündə İran komandası üçün qızıl medal qazanıblar.  

Teqlər