İranın qadınlardan ibarət sahil xilasetmə komandası dünya ikincisi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393681-İranın_qadınlardan_ibarət_sahil_xilasetmə_komandası_dünya_ikincisi_olub
İranın qadınlardan ibarət sahil xilasetmə komandası 2022-ci il Dünya Çempionatında 4x90 metr kateqoriyasında ikinci olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 01, 2022 09:19 Asia/Baku
  • İranın qadınlardan ibarət sahil xilasetmə komandası dünya ikincisi olub

İranın qadınlardan ibarət sahil xilasetmə komandası 2022-ci il Dünya Çempionatında 4x90 metr kateqoriyasında ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü xilasedicilərin dünya çempionatı qadınlar arasında 4x90 metr məsafəyə A finalı yarışıları ilə davam edib.

İranın bu kateqoriya üzrə qadınlardan ibarət komandası A finalında Misirə məğlub olub və  dünya ikinciliyini qazanıb.

Yarışın bu hissəsində Misir komandası birinci, Avstraliya isə üçüncü pillədə İrandan aşağıda yer alıb.

Həyat xilasetmə Dünya Çempionatı İtaliyanın Riccione şəhərində keçirilib.