İranın "pəhləvanlıq güləşi" komandası dünyada birinci olub; Məhəmmədi pəhləvanların pəhləvanı seçilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393736-İranın_pəhləvanlıq_güləşi_komandası_dünyada_birinci_olub_məhəmmədi_pəhləvanların_pəhləvanı_seçilib
İranın "pəhləvanlıq güləşi" üzrə milli komandası 5 rəngarəng medal qazanaraq, 2022-ci ildə Türkiyədə keçirilən ənənəvi güləş üzrə dünya çempionatında birinci olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 03, 2022 11:35 Asia/Baku
  • İranın

İranın "pəhləvanlıq güləşi" üzrə milli komandası 5 rəngarəng medal qazanaraq, 2022-ci ildə Türkiyədə keçirilən ənənəvi güləş üzrə dünya çempionatında birinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın pəhləvanlıq güləşi üzrə milli komandasının nümayəndələri ənənəvi türk güləşi üzrə dünya çempionatının ilk günündə iki gümüş medal qazanıblar.

Yarışların ikinci və sonuncu günündə İranın -70, 80 və +90 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçiləri döşək üzərinə çıxdılar və medal qazandılar.  

Beynəlxalq ənənəvi güləş yarışlarının sonunda ən yaxşı güləşçilər baş mükafat yarışında üz-üzə gəliblər ki, İranın ağır çəkili güləşçi "Əmir Məhəmmədi" bütün rəqiblərini məğlub edərək, dünya üzrə pəhləvanların pəhləvanı adını qazanıb.

Bu titul güləş sahəsində ən misilsiz və ən tarixi tituldur.